Yunanıstanda yanğın söndürən iki helikopter havada toqquşub

Yunanıstanın paytaxtı Afinanın qərbində davam edən meşə yanğınına müdaxilə zamanı iki yanğınsöndürmə helikopteri havada toqquşub.

Yunanıstan Yanğınsöndürmə Xidmətinin məlumatına görə, hadisə Psata bölgəsində baş verib. Qəza nəticəsində helikopterlərdə olan ekipaj üzvlərinin axtarış-xilasetmə əməliyyatına başlanılıb.

Hazırda Yunanıstanın müxtəlif bölgələrində, o cümlədən Afina, Viotiya, Krit adasının Retimno bölgəsi və Paros adasında ümumilikdə 73 aktiv meşə yanğını davam edir.

Peyk məlumatlarına əsasən, yanğınlar Melabes və Preveli əraziləri də daxil olmaqla 5 700 hektardan çox sahəni əhatə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki