Zahid Orucdan Ramiz Mehdiyev haqqında SƏRT SÖZLƏRbackend

Zahid Orucdan Ramiz Mehdiyev haqqında SƏRT SÖZLƏR

  Zahid Oruc  təxribatçıları İFŞA ETDİ 

Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti, akademik Ramiz Mehdiyev barəsində DTX-nin Baş İstintaq İdarəsi tərəfindən cinayət işi başlanılması və barəsində  Səbail Rayon Məhkəməsi tərəfindən  4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilməsi  cəmiyyətdə  böyük müzakirələrə səbəb olub.

Məlumata görə, Mehdiyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin aşağıdakı maddələri ilə ittiham olunur:

278-ci maddə – hakimiyyəti zorla ələ keçirmə və ya zorla saxlama;

274-cü maddə – dövlətə xəyanət;

193-cü maddə – cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma (yuyulma).

 

Qeyd olunan informasiya  yayıldıqdan sonra  Ramiz Mehdiyevin ətrafında  müxtəlif  adlar hallanmağa başladı. Həmin  müzakirələr  fonunda  xaricdə oturub,işləri saxta məlumat hazırlamaq olan,bir qrup dəstə də fəallaşmağa başladı. Başda Məhəmməd  Mirzəli olmaqla digərləri  “feyk” məlumatlar  hazırlamaqla ictimaiyyəti çaşdırmağa çalışdılar. Onların hədəfinə tuş gələnlərdən biri də  Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri,Azərbaycan Prezidentinə və Dövlətinə  daim  sadaqət sərgiləyən  millət vəkili  Zahid Oruc oldu.

 

Qeyd edək ki, mediada yayılan son məlumatlarda Zahid Orucun Ramiz Mehdiyevin əsas kadrlarından biri olduğu, ondan “dövlət adamı” obrazı düzəltməyə çalışdığı və “ata” adlandırdığı vurğulanırdı.

 

Referans.az  xəbər verir ki , bu və digər məsələlərlə bağlı  millət vəkili  Zahid  Oruc  Oxu24.com  saytına açıqlama verib. Həmin açıqlamanı təqdim edirik:

 

“Xəyanət bütün hallarda bağışlanılmazdır.Onu törədənlər ən ağır cəzaya  layiqdir. Mehdiyevin aşkar edilmiş  cinayətləri özünü  intihar  və ya onun özünə qəsdidir. Çünki,bir  adamın çevrəsində  10-20-30-50 adamın olması və Dövlət əleyhinə nəyisə etmək cəhdi yalnız ağılsızlıq kimi qiymətləndirilməlidir. Bu kimi hərəkətlərə  hətta ,Azərbaycan torpaqlarının işğal altında  olduğu dövrdə cəhd edilsə də onların  qarşısı qətiyyətlə alınmış və heç bir  ciddi nəticə doğurmamışdır. 

 

Şükr olsun,millətimiz və Ali Baş Komandanımızın rəhbərliyi altında Ramiz Mehdiyev sayaq  fikirləşənlər  hər zaman dəf edilib. Onların etmək istədikləri inqilablar  istər rəngli olsun,istər rəngsiz  sonu  uğursuzluqla  nəticələnib. Amma,  Dövlət  qorunub,saxlanıb daha da möhkəmlənib.İndi isə qələbə dövründə  bu cür cəhdlərin  heç bir   uğurlu  nəticəsi olası mümkün görünmür.

 

İkincisi keçmiş dövrə bağlı söylənilən hər hansı iki,üç cümlə üzərində insanları hansısa komandalara,dairələrə,qruplara,maraqlara  bölüb,linc edəndə bu bir nəfərin hamıya qarşı müharibəsinə bənzəyir.

 

Üçüncüsü hər zaman Azərbaycan Dövlətinə və Dövlətçiliyinə,Ulu Öndərə və İlham Əliyev cənablarının apardığı siyasi xəttə ləyaqətlə xidmət etmişəm. Tərəfimdən  bunu sübut etməyə çalışmaq, Dövlətçilik naminə  gördüyümüz   böyük işləri   zədələyər,kölgə salar.Şükürlər olsun ki,Prezidentimiz və xalqımız  kimin kim olduğunu yaxşı bilir.Belə şeyləri sübut,isbat etməyə ehtiyac yoxdur.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki