Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın son həftələrdə onun olduğu prezident təyyarəsinə iki dəfə hücum etməyə cəhd etdiyini iddia edib.
Referans Media xəbər verir ki, bu barədə “uk” nəşri məlumat yayıb.
Zelenskinin sözlərinə görə, hadisələr Moldova üzərindən uçuşlar zamanı baş verib. O bildirib ki, prezident təyyarəsi Moldovada olarkən həmin ölkənin hava məkanına dronlarla hücum cəhdləri qeydə alınıb.
“Mənim prezident təyyarəm Moldovada idi və buna görə də onlar Moldovaya hücum etdilər. Biz Kişinyov vasitəsilə evə qayıdarkən də eyni şeyi etdilər”, – deyə Zelenski bildirib.
Ukrayna liderinin sözlərinə görə, ikinci hadisə zamanı bir və ya iki dron yenidən Moldova hava məkanına daxil olub.
Zelenski baş verənləri Rusiyanın qorxu yaratmaq və təzyiq göstərmək strategiyasının bir hissəsi kimi qiymətləndirib./Globalinfo.az
