ABŞ İrana xəbərdarlıq etdi…

“Vaşinqton İran təhlükəsini idarə etmək yox, onu aradan qaldırmaq istəyir”.

Referans Media xəbər verir ki, bunu ABŞ maliyyə naziri Skott Bessent deyib.

“Amerika artıq İran təhlükəsini idarə etmir. Biz onu aradan qaldıracağıq”, – deyə Bessent bildirib.

Onun sözlərinə görə, ABŞ İranın dünya iqtisadiyyatı ilə maliyyə əlaqələrini kəsməyə yönələn “iqtisadi təcrid” adlı kampaniyaya başlayır. Məqsəd İran hakimiyyətinə fəaliyyətini maliyyələşdirməyə imkan verən iqtisadi mənbələri bağlamaqdır.

Bessent bildirib ki, ABŞ Maliyyə Nazirliyi İranın sanksiyalardan yayınmaq və neft ticarəti aparmaq üçün istifadə etdiyi şəbəkələri, vasitəçiləri və maliyyə kanallarını müəyyənləşdirib. Vaşinqton Tehranın iqtisadi resurslarını bərpa etməsinə imkan verməmək üçün “sıfır sızma” prinsipini tətbiq etməyi planlaşdırır.

Nazirin sözlərinə görə, İran qarşısında iki seçim qalır: “Tam qlobal təcrid” olmaq və ya sağ qalma iqtisadiyyatına keçid etmək. Yaxud dünya iqtisadiyyatı ilə normal münasibətlərə qayıtmaq da mümkündür.

Bessent həmçinin Tehranla iqtisadi əməkdaşlığı davam etdirən ölkə və şirkətləri mümkün nəticələr barədə xəbərdar edib. Onun sözlərinə görə, Vaşinqton bu fəaliyyətlərin dayandırılmasına çalışacaq. ABŞ Prezidenti Donald Tramp isə bu məsələ ilə bağlı dünya liderləri ilə danışıqlar aparır./Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki