Tibb qardaşı uşağın barmağını qayçı ilə kəsdi

Tailandda tibb qardaşı damardaxili kateterin çıxarılması zamanı biryaşlı xəstənin barmağını kəsib.

Referans Media xəbər verir ki, bu barədə “Mothership” məlumat yayıb.

İnsident Yasothon vilayətindəki “Loengnoktha Crown Prince Hospital” xəstəxanasında baş verib. Sentyabrın 2-də oğlan uşağı bağırsaq infeksiyası diaqnozu ilə klinikaya daxil olub. Onun sağ əlinə damardaxili kateter quraşdırılıb. Uşaq sağalıb və sentyabrın 11-də, evə buraxıldığı gün tibb qardaşı kateteri çıxarmalı olub.

Valideynlərin sözlərinə görə, tibb müəssisəsinin əməkdaşı xüsusi alətin əvəzinə adi kağız qayçısından istifadə edib. O, qayçının ağzını oğlanın barmaqları arasına qoyub, sarğını kəsməyə çalışarkən isə buradan qan fışqırıb. Məlum olub ki, tibb qardaşı səhvən uşağın şəhadət barmağının xeyli hissəsini kəsib.

Oğlanı dərhal barmağını tikmək üçün başqa xəstəxanaya göndəriblər. Daha sonra başqa bir əməliyyat da lazım gəlib. Bununla belə, cərrahlar barmağın funksiyalarının tam bərpa olunacağına zəmanət verə bilməyiblər.

“Loengnoktha Crown Prince Hospital”ının administrasiyası tibb qardaşını işdən kənarlaşdırıb, uşağın ailəsinə isə üzrxahlıq olaraq dörd min bat ödənilib və meyvə səbəti hədiyyə edilib. Uşağın atası polisə müraciət edib./Publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki