İran aviaşirkətinin təyyarəsi göyərtəsində yaranan problemlər səbəbindən uçuş aeroportuna qayıdıb.
Referans Media xəbər verir ki, bu barədə “Balatarin” məlumat yayıb.
Nəşrin məlumatına görə, “Sepehran” şirkətinin hava gəmisi Məşhəddən Kermanşaha uçuş həyata keçirirmiş. “Boeing 737” havaya qalxıb, lakin uçuş zamanı ekipaj şassidə problemlər, həmçinin mühərrikin zədələnmə əlamətləri müşahidə edib.
Salon çəkilişindən olan kadrlardan görünür ki, nasazlıqlar təyyarənin yalnız əsas hissələrində müşahidə olunmurmuş. Videodan göründüyü kimi, yuxarı panellər qoparaq birbaşa sərnişinlərin üzərinə düşməyə başlayıb. İnsanlar dərhal təşvişə düşüblər.
Nəticədə pilot geri qayıtmaq üçün icazə istəyib. Hava gəmisi Məşhəddə uğurla eniş edib. Buna görə uçuş-enmə zolağı bağlanıb ki, bu da aeroportun iş qrafikinə təsir göstərib./Publika.az
