ZƏRİF DUYĞULARDAN NAXIŞ TOXUYAN SÖZ SƏRRAFI

Göyümüz yerə sığmaz, Yerimiz ağlasığmaz. Axtarsan, çox azdır, az, Sözə yaxın adamlar!

Sözə yaxın adamlar şair, yazıçı Gülər Natiq İsaqin ilk kitabının təqdimatı və imza günündə onu tək qoymadılar. Paytaxt Bakımızın kitab məkanlarının birində baş tutan bu tədbirə onun qələm dostları, oxucuları, kütləvi informasiya vasitələri nümayəndələri təşrif buyurmuşdular. Hər sətrində məna hiss olunan şeirlərindən sitatlar gətirən qonaqlar xoş sözləri ilə ədibin sevincinə sevinc qatdılar.

Biz də öz adımızdan Gülər xanımı kitabının işlq üzü görməsi, bugünkü söz məclisi münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona həyat və yaradıcılıq uğurları arzu edirik.

Sima Babayev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki