13 yolda tıxac müşahidə olunur - Siyahı

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.

Referans Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda:

1. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;

2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

3. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

4. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

5. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;

6. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

7. Koroğlu Rəhimov küçəsi, akad.Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

8. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

9. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

10. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

11. Babək prospekti, mərkəz istiqamətində;

12. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

13. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində sıxlıq müşahidə olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki