Qaçış hər kəs üçün faydalı deyil: Həkimdən TƏHLÜKƏ XƏBƏRDARLIĞI

Bəzi sağlamlıq problemləri zamanı qaçış ciddi fəsadlara səbəb ola bilər.

Referans Media “Kp.ru”ya istinadən xəbər verir ki, bunu həkim Andrey Litvinenko bildirib.

Onun sözlərinə görə, piylənmə, oynaqların və ürəyin xroniki xəstəlikləri, eləcə də əməliyyatdan sonrakı reabilitasiya dövründə qaçış məsləhət görülmür.

Həkim qeyd edib ki, qarın boşluğu əməliyyatlarından, yırtıqların müalicəsindən, oynaqların endoprotezləşdirilməsindən və hətta göz büllurunun dəyişdirilməsindən sonra qaçış və tullanmaq təzyiqi artıra, təhlükəli fəsadlara səbəb ola bilər.

Litvinenko belə hallarda qaçışı dayandıraraq üzgüçülük və velosiped sürməyi tövsiyə edir. Onun sözlərinə görə, bu fəaliyyət növləri demək olar ki, istənilən vəziyyətdə mümkündür. Müntəzəm piyada gəzintilər də alternativlər sırasındadır.//Publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki