“28 May”da yenilik: bu hissə ləğv edildi – VİDEO

  Metronun “28 May” stansiyasında sərnişinlər üçün nəzərdə tutulan oturacaqlar yığışdırılıb. 

Referans.az  Barometr TV-yə istinadən xəbər verir ki, qərarın yaşlılar, uşaqlı qadınlar və səhhətində problem olan sərnişinlər üçün çətinlik yaratdığı qeyd olunub.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-dən bildirilib ki, bu addım sərnişin sıxlığı və hərəkət təhlükəsizliyini təmin etmək məqsədilə atılıb:

“28 May” stansiyası sərnişin sıxlığı ilə seçilən stansiyalardan biridir. Bu səbəbdən görülən işlər sərnişinlərin maraqlarına xidmət edir. “28 May”da sərnişinlərin hərəkət təhlükəsizliyini və qatara minib-düşmə rahatlığını təmin etmək məqsədilə platformanın sərnişin axını xüsusi intensiv olan stansiya yolu sahəsində oturacaqlar ləğv edilib. Lakin sərnişinlər stansiyanın orta zalında əyləşə bilərlər”.

Ətraflı videomatrealda:


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki