İran aviaşirkətləri sentyabrın 23-dən etibarən ciddi məhdudiyyətlərlə üzləşəcək.
Referans Media xəbər verir ki, ABŞ-ın maliyyə naziri Skott Bessent CNBC-yə açıqlamasında sentyabrın 23-dən etibarən bütün İran aviaşirkətlərinin dünyada fəaliyyətinin faktiki olaraq bloklanacağını bildirib.
“Əgər onların təyyarələri eniş edərsə, onlara yanacaq və yerüstü xidmət göstərilməsinə, həmçinin bilet satılmasına icazə verilməyəcək. Əks halda, siz dollar sistemindən çıxarılacaqsınız”, – Bessent deyib.
ABŞ Maliyyə Nazirliyi bundan əvvəl, sentyabrın 8-də İranın aviasiya sektoruna qarşı yeni sanksiyalar elan edib. Nazirlik 27 İran aviaşirkətini sanksiya siyahısına daxil edib və İran aviasiya sektoruna dəstək verən xarici qurumlara qarşı da tədbirlər nəzərdə tutulduğunu açıqlayıb./Musavat.com
