Bu şəhər ölkədən ayrılır – Proses başladı

İngiltərənin Barnham şəhərinin sakinləri Böyük Britaniyadan ayrılmaqla bağlı simvolik referendum keçirməyi planlaşdırır.

Referans Media xəbər verir ki, bu barədə “The Independent”in məlumatında qeyd olunub.

Belə ki, təşəbbüs Oksfordşir qraflığının Piddinqton şəhərində keçirilən oxşar səsvermədən sonra gündəmə gəlib.

Nəşr Barnham sakinlərinin böyük hissəsinin simvolik ayrılma ideyasını dəstəkləyə biləcəyini yazır.

Piddinqtonda keçirilən qeyri-rəsmi referendum Böyük Britaniya hakimiyyətinin şəhər yaxınlığındakı hərbi bazada qaçqınların yerləşdirilməsi qərarından sonra təşkil olunan etirazlar fonunda baş tutub.

Səsvermədə 285 nəfər Böyük Britaniyadan ayrılaraq öz müqəddəratını təyin etmənin lehinə, 26 nəfər isə əleyhinə səs verib./Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki