Birinci Liqa çərçivəsində Xankəndidə ilk dəfə keçirilən “Xankəndi” - “Karvan-Yevlax” matçında klubun keçmiş veteranları da yer alıb.
Referans Media xəbər verir ki, işğaldan əvvəl bu komandada oynamış Samir Ələkbərov, Munis Abdullayev və Emin Salmanov 35 il sonra yenidən arenaya ayaq basıblar.
Onlar qarşılaşmanın əhəmiyyəti haqqında danışıb və matçdan əvvəl mərkəzə dəvət olunublar./qafqazinfo.az/



