Bu mövsüm əldən çıxıb, artıq gələn ilin avtomobilini hazırlayırlar

“Alpin” pilotu Franko Kolapinto bildirib ki, komanda diqqətini 2027 Formula 1 mövsümünə hazırlığa yönəldib.

Referans Media xəbər verir ki, argentinalı pilotun sözlərinə görə, bütün resurslar növbəti çempionat üçün avtomobilin hazırlanmasına yönəlib.

“Düşünürəm ki, biz artıq 2027-ci ilə doğru fəal şəkildə çalışırıq. Artıq builki avtomobili hazırlamırıq, ona görə də bütün səylərimiz gələn ilə yönəlib.

Ümid edirəm ki, əhəmiyyətli irəliləyiş əldə edə bilərik – bəlkə də digər komandalardan daha çox. Əsl inkişaf yarışı mövsümün sonunda başlayır və çempionatdan sonrakı bir neçə aydan maksimum yararlanmağa çalışacağıq”, – “PlanetF1” Kolapinto-nun sözlərini sitat gətirib.

“Alpin” bu mövsüm Konstruktorlar Çempionatında altıncı yerdədir, “Racing Bulls”dan 45, “Haas”dan 38 xal geri qalır./Publika.az

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki