"Borussiya Dortmund" Yunus Akgünü transfer siyahısına daxil edib

Almaniyanın nəhəng klublarından olan Borussia Dortmund "Qalatasaray"ın və Türkiyə millisinin üzvü Yunus Akgünü transfer siyahısına daxil edib.

Referans Media xəbər verir ki, Türkiyə mətbuatının yaydığı məlumata görə, Dortmund təmsilçisinin qış transfer pəncərəsində futbolçu üçün rəsmi təklif göndərməsi gözlənilir.

Bildirilir ki, komandanın baş məşqçisi Niko Kovaç sağ cinahda təbii mövqedə çıxış edən futbolçunun olmaması səbəbindən 26 yaşlı Yunus Akgünü heyətində görmək istəyir.

Bununla belə, "Qalatasaray"ın baş məşqçisi Okan Buruk yarımmövsüm transfer dövründə futbolçunun komandadan ayrılmasının əleyhinədir.

Məlumata əsasən, İstanbul təmsilçisi ilə 2029-cu ilə qədər müqaviləsi olan Yunus Akgün də hazırda klubunu tərk etməyi düşünmür. Bu səbəbdən transferin reallaşmasının çətin olduğu qeyd edilir.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki