“Qalatasaray”ın nigeriyalı ulduz futbolçusu Viktor Osimhen Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin (CIES) hazırladığı araşdırmada Avropanın beş aparıcı liqasından kənarda çıxış edən ən dəyərli mərkəz hücumçuları arasında 5-ci yerdə qərarlaşıb.
Referans Media xəbər verir ki, CIES Avropanın beş aparıcı liqasından kənarda fəaliyyət göstərən klublarda çıxış edən ən dəyərli mərkəz hücumçularını ehtimal olunan transfer qiymətlərinə əsasən sıralayıb.
“Qalatasaray”ın nigeriyalı hücumçusu Viktor Osimhen 53,7 milyon avro transfer dəyəri ilə siyahının 5-ci pilləsində yer alıb. O, Türkiyə Super Liqasından ilk beşliyə düşən yeganə futbolçu olub.
Avropanın beş aparıcı liqasının daxil edilmədiyi araşdırmada ilk beşlik aşağıdakı kimi formalaşıb:
Nikolo Tresoldi (“Brügge”) – 67,8 milyon avro
Vangelis Pavlidis (“Benfika”) – 61,2 milyon avro
Luis Suares (“Sportinq Lissabon”) – 57,6 milyon avro
Xose Manuel Lopes (“Palmeyras”) – 54,8 milyon avro
Viktor Osimhen (“Qalatasaray”) – 53,7 milyon avro
Bu mövsüm “Qalatasaray”ın heyətindəki çıxışı ilə diqqət çəkən 27 yaşlı hücumçu keçirdiyi 11 rəsmi oyunda 10 qol vurub və 3 məhsuldar ötürmə verib. Beləliklə, Osimhen komandasının ümumilikdə 13 qoluna birbaşa töhfə verib.
Bundan əlavə, nigeriyalı futbolçunun “Qalatasaray”dan illik 21 milyon avro qazandığı da bildirilib.
