Şabranda kişini elektrik cərəyanı vurub.
Referans Media xəbər verir ki, hadisə rayonun Düzbilici kəndində qeydə alınıb.
1973-cü il təvəllüdlü Arif Camayevi iyulun 15-də yaşadığı evin yaxınlığında artezian quyusunda quraşdırılmış su mühərrikini təmir edərkən elektrik cərəyanı vurub və o, hadisə nəticəsində ölüb. Pepperoni pizza
Oxşar hadisə Quba rayonunda da baş verib. Nügədi kəndində 1998-ci il təvəllüdlü N.Əhmədova yaşadığı evdə elektrik cərəyanı vurması nəticəsində ölüb./Musavat.com
