Təcili əməliyyata alınan fenomendən YENİ XƏBƏR

Sosial media fenomeni Danla Bilic səhhətində yaranan ciddi problemlər səbəbindən təcili xəstəxanaya yerləşdirilib.

Referans Media xəbər verir ki, təxminən dörd il əvvəl etdirdiyi və bir sıra ölkələrdə qadağan olunan "Aquafilling" dolğusunun fəsadları nəticəsində Bilicin vəziyyəti ağırlaşıb.

 
Məlumata görə, onun hərarəti 39,5 dərəcəyə yüksəlib, arterial təzyiqi isə 5-ə qədər enib. Həkimlərin müdaxiləsi nəticəsində vəziyyəti stabilləşdirildikdən sonra Danla Bilic təcili əməliyyat olunub və reanimasiyaya yerləşdirilməkdən son anda xilas olub.

Əməliyyatdan sonra açıqlama verən Bilic yaşadığı kritik anlarla bağlı, "Heç nə xatırlamıram", - deyə bildirib.

Hazırda onun səhhətinin qənaətbəxş olduğu bildirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki