Sumqayıtda 6 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsünün davranışı sərnişinlərin narazılığına səbəb olub.
Referans Media xəbər verir ki, Musavat.com-a müraciət edən sakinlərin sözlərinə görə, 50 AE 643 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü iyulun 13-də saat 11:30 radələrində hərəkətdə olarkən nəqliyyat vasitəsini yolun ortasında saxlayıb. İddialara əsasən, sürücü avtobusu təxminən 10 dəqiqə həmin vəziyyətdə qoyaraq şəxsi işi ilə məşğul olmaq üçün ərazidən uzaqlaşıb.
Sakinlər bildiriblər ki, sürücü yalnız sərnişinlərin narazılığından sonra avtobusa qayıdıb. Onların sözlərinə görə, bununla da narazılıq bitməyib. Belə ki, sürücü marşrutu davam etdirərkən sükan arxasında siqaret çəkib. Sərnişinlərin etirazına baxmayaraq, o, siqaret çəkməyə davam edib və iradlara məhəl qoymayıb.
Təqdim olunan görüntülərdə sərnişinlərin iddia etdiyi həmin anlar əks olunub:
