Görüş yeri Ankaradır – Nə baş verir?

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya lideri Vladimir Putin arasında mümkün görüş Ankarada keçirilə bilər.

Bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bəyan edib.

“Şəxsən mən Ankaranı dünyanın diplomatik paytaxtlarından biri hesab edirəm. Ankara Rusiyanın genişmiqyaslı işğalının ilk mərhələsində “taxıl dəhlizi”nin yaradılmasında son dərəcə mühüm rol oynayıb. Zelenski ilə Putinin görüşünün keçiriləcəyi əsas məkanlardan biri də Türkiyə ola bilər. Biz bu variantı dəstəkləyirik və belə yüksək səviyyəli görüşün təşkilinə hazır olduğuna görə Türkiyə tərəfinə minnətdarıq”, – deyə Sibiqa vurğulayıb./Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki