Yuxusuzluq ABŞ-dən olan bir qadına 150 min dollar qazandırıb.
Referans Media xəbər verir ki, bu barədə UPI yazır.
Şimali Karolina sakini Syu Rouli yuxusuzluq sayəsində onlayn lotereyada 150 min dollar udub. O, yata bilmədiyi üçün telefonunu götürüb və rəqəmsal ani lotereya oyunları oynamağa başlayıb. 30 dollar mərc edən amerikalı qadın cekpotu qazanıb.
Qadın etiraf edib ki, əvvəlcə bəxtinə inanmayıb, çünki belə uduşlar hər gün olmur. Syu qazandığı pulla evində təmir işləri görməyi planlaşdırır.
"Biz çox şadıq", - deyə o bildirib.
Ştat rəsmiləri oyunçulara ölçünü gözləməyi və lotereyalara qazanc yolu kimi deyil, əyləncə kimi yanaşmağı xatırladır. Buna baxmayaraq, Roulinin hekayəsi artıq yerli sensasiyaya çevrilib./Publika.az
