İran Dubayın mərkəzini bombalayır - Trampın mülkləri hədəf ola bilər

Dubayın mərkəzində partlayışlar baş verir.

Referans Media xəbər verir ki, bu barədə "Reuters" agentliyi şahidlərə istinadən məlumat yayıb.

"Dubayın mərkəzində partlayış səsləri eşidilir", - deyə məlumatda bildirilir.

Digər təfərrüatlar açıqlanmır.

"Reuters"ün məlumatına görə, yüksək səslər şəhərin "Trump International Hotel & Tower"in yerləşdiyi mərkəzi hissəsindən gəlir.

Bundan bir qədər əvvəl İranın İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ prezidenti Donald Trampın BƏƏ və Səudiyyə Ərəbistanındakı daşınmaz əmlakını zərbələr üçün qanuni hədəf adlandırmışdı. Tramp qeyd olunan ölkələrdə bir neçə qolf klubu və göydələnlərə sahibdir. Bunların arasında "Trump International Hotel & Tower" (Dubay), "Trump Plaza" (Ciddə), "Trump Tower" (Ər-Riyad) var./Publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki