ABŞ Prezidenti Donald Tramp Argentina və İspaniya arasında keçiriləcək 2026-cı il dünya çempionatının final oyununu izləyəcək.
Referans Media xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Oyun iyulun 19-da ABŞ-ın Nyu-Cersi ştatının İst-Ruterford şəhərində baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Daha əvvəl Tramp finala qədər dünya çempionatı matçlarına getməyi planlaşdırmadığını bildirmişdi. O, yalnız ABŞ millisi yarımfinala yüksəlsəydi, bir istisna edərək ora gedə bilərdi. Amerikalılar isə 1/8 finalda Belçika yığmasına uduzmuşdular.
Bundan başqa, Beynəlxalq Futbol Federasiyası (FİFА) ABŞ Prezidenti Donald Trampın dünya çempionatında qalib gələn komandanın kapitanına kuboku şəxsən təqdim etmək xahişini təsdiqləyib. Ona mükafatlandırma mərasimi zamanı futbolçularla, yoxsa digər rəsmi şəxslərlə bir yerdə olacağına özünün qərar verməsi hüququ verilib./Publika.az
