Tərtərdə baş vermiş ağır yol-nəqliyyat hadisəsi zamanı həyatını itirən şəxslərin ər-arvad olduğu məlum olub.
Referans Media “Qafqazinfo”ya istinadla xəbər verir ki, qəzada ölən Bərdə rayonunun Qaraqoyunlu kənd sakinləri – 1962-ci il təvəllüdlü Əhmədov Adil İbrahim oğlu və 1973-cü il təvəllüdlü Əmirova Elza Novruz qızı bir ailənin üzvləri, yəni ər-arvad olublar.
Qeyd edək ki, onlar Tərtər rayonunun Təzəkənd kəndi ərazisində yük avtomobili ilə minik avtomobilinin toqquşması nəticəsində baş verən qəzada həyatlarını itiriblər.
Faktla bağlı araşdırma davam etdirilir.

