Müharibə dövründə tikilən zavodda güclü yanğın

Qazaxıstanın Atırau neft emalı zavodunda yanğın baş verib. 

Referans Media xəbər verir ki, qapalı tipli mexaniki təmizləmə qurğusunun təmizləyicisində yanğın baş verib. Hadisə baş verən zaman müəssisədə heç bir iş aparılmayıb.

Şirkətdən bildirilib ki, "Təmizləyicinin içərisindəki neft qalıqları yanır. Yanğının söndürülmə işləri aparılır. Xəsarət alan yoxdur. Zavod normal fəaliyyətini davam etdirir.

Atırau Neft Emalı Zavodu Qazaxıstanın üç əsas neft emalı zavodundan biridir. Müəssisə Böyük Vətən Müharibəsi dövründə tikilib və 1945-ci ildə istifadəyə verilib. Zavodun səhmlərinin 99 faizi "KazMunayQaz" Səhmdar Cəmiyyətinə məxsusdur. Müəssisənin layihə gücü ildə 5,5 milyon ton neftdir./"Unikal"/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki