Kolumbiya Prezidenti Abelardo de la Espriella ölkədə yaşayış icazəsi olmayan minlərlə qeyri-qanuni miqrantın deportasiya ediləcəyini açıqlayıb. Bu məqsədlə polis dəstəyilə əməliyyatlara bu həftə başlanması planlaşdırılır.
Prezident bildirib ki, ilk mərhələdə cinayət törətmiş miqrantlar, daha sonra isə hüquqi statusu olmayan şəxslər hədəf alınacaq.
Referans Media xəbər verir ki, BMT-nin məlumatına görə, avqust ayına olan göstəricilərdə Kolumbiyada təxminən 2,8 milyon venesuelalı miqrant yaşayır. Onların təxminən 850 mininin qeyri-qanuni miqrant olduğu bildirilir.
