Avstraliyada tamamilə süni intellektlə hazırlanan mahnılar musiqi siyahılarına daxil edilməyəcək

Avstraliyada tamamilə süni intellektlə hazırlanan mahnıların əsas musiqi siyahılarına daxil olmasına qadağa qoyulub.

Referans Media xəbər verir ki, Avstraliya Səsyazma Sənayesi Assosiasiyası (ARIA) bildirib ki, 28 avqustdan etibarən tamamilə süni intellektlə yaradılan mahnılar ARIA-nın musiqi siyahılarında yer ala bilməyəcək.

Bununla belə, əsas hissəsi insanlar tərəfindən hazırlanan və yalnız səsyazma prosesində süni intellektdən istifadə olunan mahnılara icazə veriləcək.

Qərarın qəbul edilməsinə süni intellektlə hazırlanmış bir mahnının Avstraliya radiolarında ən çox səsləndirilən mahnıya çevrilməsi və iyul ayında iki ARIA siyahısında 4-cü pilləyə yüksəlməsi səbəb olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki