ABŞ-da poçtla səsvermə qaydaları dəyişdirilib

ABŞ Poçt Xidməti (USPS) noyabrın 3-də keçiriləcək aralıq seçkilər öncəsi poçtla səsvermə ilə bağlı yeni qayda tətbiq edib.

Referans Media xəbər verir ki, yeni qaydaya əsasən, ştatların seçki orqanları poçtla səs verəcək seçicilərin ad və ev ünvanı məlumatlarını xüsusi federal portala yükləməlidir. Bu məlumatları təqdim etməyən ştatlara seçki bülletenlərinin göndərilməyəcəyi bildirilib.

Yeni qayda Donald Trampın apreldə imzaladığı poçtla səsvermə ilə bağlı sərəncama əsaslanır. Seçicilərin sosial sığorta nömrəsi və doğum tarixi kimi əlavə şəxsi məlumatlarının portala daxil edilməyəcəyi qeyd olunub.

Bundan sonra poçtla göndərilən seçki bülletenləri xüsusi qorunan zərflərdə və izlənə bilən barkodlarla göndəriləcək.

Qeyd edək ki, noyabrın 3-də keçiriləcək Konqres aralıq seçkilərində Nümayəndələr Palatasının bütün 435, Senatın isə 100 yerindən 3-də 1-i yenilənəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki