Pakistanda partlayış törədildi: Çoxlu sayda ölən və yaralanan var

Pakistanda törədilmiş partlayış nəticəsində azı 14 nəfər ölüb, 20 nəfər yaralanıb.

Referans Media  xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarına istinadən "Dawn" qəzeti məlumat yayıb.

Pakistanın şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətində polis bölməsinin qarşısında terrorçu-kamikadze partlayış törədib.

Svati rayonunun polis rəisi Ömər Xan bildirib ki, polis əməkdaşları bölmənin girişində şübhəli şəxsi saxlamağa və üzərində axtarış aparmağa çalışarkən terrorçu üzərindəki partlayıcı qurğunu işə salıb.

Hadisə yerinin təhlükəsizlik qüvvələri tərəfindən əhatəyə alındığı, araşdırma qruplarının işlədiyi qeyd olunur. Yaralılar yerli xəstəxanaya çatdırılıblar.

Qəzetin məlumatına görə, partlayış Svati vadisində terror fəaliyyətinin artmasına qarşı keçirilən kütləvi etiraz aksiyasının baş verdiyi Kabal-Çouk meydanının yaxınlığında qeydə alınıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki