Azərbaycan millisinin futbolçusu Mahir Emreli çıxış etdiyi Polşanın "Rakuv" klubunda 2-ci qolunu vurub.
Referans Media xəbər verir ki, 29 yaşlı hücumçu Ekstraklasanın II turunun "Şlyonsk"la səfər oyununda fərqlənib.
Forvard matçın 60-cı dəqiqəsində hesabı açıb. Qapıçı ilə üzbəüz qalan futbolçu onu da geridə qoyaraq topu boş qapıdan keçirib.
Qeyd edək ki, Mahir Emreli "Rakuv"un heyətində ilk qolunu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Maltanın "Valetta" klubu ilə matçda vurub. Azərbaycanlı futbolçu Polşa klubuna bu yay Almaniyanın "Kayzerslautern" klubundan icarə əsasında keçib./Unikal/
