Tovuz rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların son vəziyyəti açıqlanıb.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Referans Media-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, Tovuz rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan 1991-ci il təvəllüdlü şəxs (kişi) avqustun 2-də, saat 12:40-da Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Ona alının çapılmış yarası, hər iki yuxarı ətrafın sıyrılmış, çapılmış yaraları, döş qəfəsinin və qarın boşluğunun travmaları diaqnozları təyin edilib.
Hazırda şəxsin müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir", - məlumatda bildirilir.
Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər xəsarət alıb.
Referans Media APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Azaflı kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan VAZ-2107 markalı minik avtomobili yük maşınına arxadan çırpılıb.
Qəza nəticəsində minik avtomobilinin sürücüsü, 1991-ci il təvəllüdlü S.Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı xəstəxanaya çatdırılıb. Həkimlərin bildirdiyinə görə, onun vəziyyəti orta ağır qiymətləndirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.
