ABŞ, Azərbaycan və Ermənistan TRIPP layihəsinin ("Tramp marşrutu") həyata keçirilməsi istiqamətində üçtərəfli texniki planlaşdırma qruplarının yaradılması barədə razılığa gəliblər.
Referans Media xəbər verir ki, ABŞ Dövlət Departamentinin saytında bu barədə üçtərəfli bəyanat yayılıb. Bəyanata əsasən, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Brendan Hanrahan, Ermənistanın xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Vaan Kostanyan və Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin irəlilədilməsi məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının yaradıldığını elan ediblər.
ABŞ, Azərbaycan və Ermənistan TRIPP layihəsinin ("Tramp marşrutu") həyata keçirilməsi istiqamətində üçtərəfli texniki planlaşdırma qruplarının yaradılması barədə razılığa gəliblər.
Musavat.com xəbər verir ki, ABŞ Dövlət Departamentinin saytında bu barədə üçtərəfli bəyanat yayılıb. Bəyanata əsasən, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Brendan Hanrahan, Ermənistanın xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Vaan Kostanyan və Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin irəlilədilməsi məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının yaradıldığını elan ediblər.
İştirakçılar TRIPP layihəsi çərçivəsində nəzərdə tutulan bütün mexanizmlərin mümkün qədər tez işə salınmasına sadiq olduqlarını təsdiqləyiblər.
Qeyd edək ki, Ermənistan hökuməti noyabrın 12-də parlamentin fövqəladə iclasını çağırmağı təklif edib.Gündəliyə "Səhmdar Cəmiyyətlər haqqında" Qanuna və əlaqəli qanunlara düzəliş layihəsi daxildir. Qanun layihələri paketində dövlətin iştirakı 25% və ya daha çox olan ratifikasiya olunmuş beynəlxalq müqavilələr əsasında yaradılan bütün şirkətlərə şamil ediləcək daimi qanunvericilik mexanizminin yaradılması tələb olunur. Bu düzəlişlər TRIPP layihəsinin həyata keçirilməsi üçün vacibdir. Paşinyan Amerika-Ermənistan birgə şirkətinin fəaliyyətə başlamasını gözləmədən marşrut üzrə hazırlıq işlərinə start vermək niyyətindədir./Musavat.com/
