İki ölkənin gözlədiyi səfər: Ərdoğan onlara Bakıda cavab verəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək. Məlumata görə, Türkiyə lideri səfər çərçivəsində 8 Noyabr – Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərinə qatılacaq.

Bəs Ərdoğanın Bakı səfəri Türkiyə–Azərbaycan münasibətlərində son dövrlər müşahidə olunan müəyyən anlaşılmazlıqların aradan qaldırılmasına töhfə verəcəkmi? Türkiyədən Azərbaycana qarşı yönələn informasiya hücumları dayanacaqmı? İki ölkə liderinin Bakıda görüşü və aparacağı müzakirələr münasibətlərdə yeni səhifə aça bilər?

Referans Media xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri iki ölkə arasındakı münasibətlərin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır:

“Xüsusilə son dövrlərdə müşahidə olunan müəyyən soyuqluq fonunda bu səfərin əhəmiyyəti daha da artır. Təəssüf ki, Türkiyədə bəzi dairələr açıq şəkildə iki ölkə arasındakı münasibətlərin gələcəyinə mənfi təsir göstərməyə çalışırlar. Lakin bu, mümkün deyil. Türkiyə və Azərbaycan bir-birinə o qədər sıx bağlıdır ki, bu münasibətləri pozmaq elə də asan deyil. Eyni zamanda, hər iki dövlət başçısının həyata keçirdiyi siyasət bu cür bədnam qrupların fəaliyyətini nəticəsiz qoyur.

zeynal emreliyev 1

Türkiyədə iki ölkə arasındakı münasibətləri pozmağa çalışan müəyyən dairələr mövcud idi. Bunlar əsasən hakim Ədalət və İnkişaf Partiyasına (AKP) yaxın qüvvələr idi. Hətta AKP daxilində də bəzi şəxslər bu cür təxribatlara rəvac verir, ölkəmizə qarşı xoşagəlməz ifadələr səsləndirirdilər. Rəcəb Tayyib Ərdoğan isə həmin qüvvələri yerində oturtdu. Hesab edirəm ki, bu səfər çərçivəsində də belə dairələrə lazımi mesajlar veriləcək və onların fəaliyyəti neytrallaşdırılacaq”.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki