ABŞ generalından inanılmaz etiraf - Vaşinqton İsraili yarı yolda qoyur, gücü çatmır

ABŞ-nin Avropadakı ən yüksək rütbəli hərbi komandanı general Aleksus Qrinkeviç Pentaqona İsrailin ballistik raket hücumlarından müdafiəsini davam etdirmək üçün kifayət qədər hərbi-dəniz qüvvəsinin olmadığını bildirib.

Referans Media xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

Məlumata görə, ABŞ Avropa Komandanlığının rəhbəri Aleksus Qrinkeviç Pentaqonun yüksək vəzifəli rəsmilərinə xəbərdarlıq edib. General bildirib ki, onun sərəncamına daha bir ABŞ Hərbi Dəniz Qüvvələri esminesi verilməsə, seçim qarşısında qalacaq və İsrailin deyil, ilk növbədə ABŞ-nin müdafiəsinə üstünlük verməli olacaq.

“The Washington Post” yazır ki, müharibənin yüksək tempi hərbi gəmilərin texniki xidmətində problemlərin yığılmasına səbəb olub. Bu vəziyyət Qrinkeviçin sərəncamındakı qüvvələrin imkanlarını daha da məhdudlaşdırıb.

Beləliklə, əlavə esmines ayrılmayacağı təqdirdə, ABŞ generalı mövcud qüvvələri İsrailin müdafiəsinə yönəltmək əvəzinə, ABŞ-nin qorunmasına üstünlük verməli olacağını bildirib./Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki