Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vida mərasiminə əklil göndəriblər.
Referans Media xəbər verir ki, Xalq şairi ilə vida mərasimi Beynəlxalq Muğam Mərkəzində keçirilir.
Qeyd edək ki, Nəriman Həsənzadə avqustun 1-də uzun sürən xəstəlikdən sonra 95 yaşında xəstəxanada vəfat edib.
