SEPAH İraqda kürdlərə RAKET YAĞDIRDI: 88 ZƏRBƏ ENDİRDİ

İran İraq Kürdüstanı Regionunda yerləşən müxalif kürd qruplaşmalarının mövqələrinə raket və pilotsuz uçuş aparatları (PUA) ilə 88 zərbə endirib.

Referans Media xəbər verir ki, bu barədə məlumatı SEPAH-ın rəsmi telegram kanalı yayıb.

Hücumlar çərçivəsində Ərbil vilayəti 66 PUA və 2 raket zərbəsinə, Süleymaniyyə vilayəti isə 10 raket və 9 PUA zərbəsinə məruz qalıb.

Raketlərdən birinin hissələri Hələbçə vilayəti ərazisinə düşüb.

Regionda gərginlik yüksək həddə çataraq digər ölkələrə də təsir edir. İordaniya tərəfi İraqa xəbərdarlıq edərək, "Həşdi-Şəbi" qüvvələrinin İordaniya ərazisinə hücum etmək niyyətində olduğu barədə məlumat verib./Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki