Avstriyada 2027-ci ildən etibarən porno saytlara giriş qaydaları sərtləşdirilir.
Referans Media xəbər verir ki, Profil nəşrinin məlumatına görə, həmin tarixdən etibarən istifadəçilər yaşlarını ID Austria adlı rəqəmsal şəxsiyyət sistemi vasitəsilə təsdiqləməli olacaqlar. Şəxsiyyət təsdiqlənmədən bu məzmuna giriş mümkün olmayacaq.
Məlumata görə, bu norma 14 yaşdan kiçik uşaqlar üçün sosial şəbəkələrin qadağan edilməsini nəzərdə tutan qanun layihəsinin izahlı materiallarında yer alıb. Sənəd bu həftə Avstriyanın vitse-kansleri Andreas Babler və media məsələləri üzrə nazir tərəfindən təqdim edilib.
Hakimiyyət nümayəndələri bildirirlər ki, yaş yoxlaması anonim şəkildə aparılacaq. İstifadəçilərin məlumatları saxlanılmayacaq və yaşın təsdiqlənməsindən başqa heç bir məqsəd üçün istifadə edilməyəcək.
Musavat.com
