ABŞ klubu ilə anlaşan Nəriman Axundzadədən YENİ XƏBƏR

Nəriman Azundzadə növbəti 3 gün ərzində Azərbaycanı tərk edəcək.

Millimizin hücumçu bu zaman aralığında ABŞ-yə yollanacaq.

«Qarabağ»dan aldığımız məlumata görə, hücumçunuin «Kolambus Kru»ya keçid şərtləri razılaşdırılıb. Sadəcə, bəzi texniki və sənədləşmə prosesi qalıb, onun da qısa müddətdə aradan qalxması gözlənilir.

22 yaşlı forvard yeni klubu ilə 3 illik müqavilə imzalayacaq. Onun çıxışı MLS iştirakçısını razı salarsa, kontrakt daha 2 il müddətinə uzadılacaq.

“Xəzər Lənkəran”ın yetirməsinin 2016-cı ildən formasını geyindiyi Ağdam klubu ilə müqaviləsi gələn yay bitəcək, Odur ki, «köhlən atlar» bu keçiddən müəyyən qazanc əldə edəcək.sport.info


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki