“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən Portuqaliya millisinin futbolçusu Kriştian Ronaldo sosial şəbəkələrdə ona səs verən azarkeşlərə təşəkkür edib.
Referans Media xəbər verir ki, ronaldo şəxsi hesabında yazıb:
“Futbol azarkeşlərə məxsusdur! Dünyanın hər yerindəki bütün azarkeşlərə təşəkkür edirəm. “Qızıl top”un bütün dövrlər üzrə mükafatı sizə də məxsusdur”.
Azarkeşlər saytda indiyədək təqdim edilmiş bütün “Qızıl top” mükafatları arasından ən yaxşısını seçiblər. Portuqaliyalı futbolçunun 2008-ci ildə qazandığı mükafat birinci yeri tutub. Həmin vaxt Ronaldo “Barselona”nın futbolçusu Lionel Messini və “Liverpul”un oyunçusu Fernando Torresi qabaqlamışdı.
Bundan əvvəl təşkilatçılar izah etmişdilər ki, bu nominasiyada qalibin seçilməsi zamanı əsas meyar futbolçunun qazandığı “Qızıl top” mükafatlarının ümumi sayı deyil (bu göstərici üzrə səkkiz mükafatla Messi liderdir), onun mükafatı aldığı mövsümdəki çıxışıdır.
Ronaldu millidə vurduğu qolların və keçirdiyi oyunların sayına görə dünya rekordçusu olaraq qalır: onun hesabında 233 rəsmi matçda vurulmuş 146 qol var.
Portuqaliya millisinin dünya çempionatlarında ən yüksək nəticəsi 2006-cı ildə tutduğu dördüncü yerdir. Həmin vaxt Ronaldu artıq milli komandada çıxış edirdi.//Publika.az
