Azərbaycan aktyorları məşhur Yaponiya serialında – FOTOLAR

Yaponiyanın TBS telekanalının reytinqli “VIVANT” serialının ikinci mövsümünün çəkilişləri Azərbaycanda aparılıb.

Referans Media modern.az-a istinadən xəbər verir ki, Beynəlxalq layihənin çəkilişlərində 26 azərbaycanlı aktyor iştirak edərək müxtəlif obrazları canlandırıb.

Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) nəzdində fəaliyyət göstərən Azərbaycan Film Komissiyası və “Baku Media Center”in əməkdaşlığı çərçivəsində reallaşan layihə ölkəmizin beynəlxalq kino istehsalı potensialını bir daha nümayiş etdirib.

Bu cür irimiqyaslı layihələrin Azərbaycanda gerçəkləşdirilməsi yerli kino sənayesinin inkişafına, yaradıcı kadrların beynəlxalq təcrübə qazanmasına və ölkəmizin regional kino mərkəzi kimi tanıdılmasına mühüm töhfə verir.

15634081563407156340615634051563404

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki