"Yenə ölüm xəbərimi yaydılar" - VİDEO

Aktyor Azər Axşam sosial şəbəkələrdə yayılan ölüm xəbəri ilə bağlı videoaçıqlama verib.

Referans Media xəbər verir ki, aktyor yayılan məlumatın həqiqətə uyğun olmadığını bildirib. O qeyd edib ki, artıq neçənci dəfədir onun ölüm xəbərini yayırlar:

“Yenə ölüm xəbərimi yayıblar. Bilmirəm bunu kim və niyə edir. Zəng vurublar ki, ölüm xəbərin yayılıb. Allah islah eləsin. Dedim, video çəkim ki, salamatam. Həyatı verən Allahdır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki