Xəbər verildiyi kimi, arabesk musiqisinin tanınmış ifaçısı Cansever 59 yaşında Almaniyada vəfat edib.
Referan Media xəbər verir ki, bir müddətdir xərçəng xəstəliyi ilə mübarizə aparan sənətçi müalicə aldığı xəstəxanada həyatını itirib. Onun vəfatından sonra son arzusu və dəfn olunacağı yer də məlum olub.
Məlumata görə, Cansever vəsiyyətində doğulub boya-başa çatdığı Şimali Makedoniyanın Veles şəhərində dəfn olunmasını istəyib. Sənətçinin bu arzusu ailəsi tərəfindən yerinə yetiriləcək.
Onun nəşi Almaniyanın Essen şəhərindən Şimali Makedoniyaya aparılacaq. Cansever Veles şəhərindəki ailə məzarlığında torpağa tapşırılacaq.
Əsl adı Dzansever Dalipova olan sənətçi Velesdə dünyaya gəlib. O, musiqi karyerası ərzində xüsusilə “Kara Çadır” ifası ilə Türkiyədə böyük populyarlıq qazanıb.
