image-affabackend

AFFA rəsmisi “Qalatasaray” – “Yuventus” oyununda…

AFFA-nın baş katibinin müavini Elçin Məmmədov UEFA tərəfindən təyinat alıb.

Referans Media quruma istinadən xəbər verir ki, o, UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Qalatasaray” (Türkiyə) – “Yuventus” (İtaliya) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.

Qeyd edək ki, qarşılaşma fevralın 17-də İstanbulda yerləşən “Ali Sami Yen” stadionunda baş tutacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki