Türkiyəli aktrisa Ezgi Mola 2025-ci ildə boşandığı Mustafa Aksakallı ilə ayrılıqlarının səbəblərindən danışıb və xəyanət iddialarını təkzib edib.
Referans Media xəbər verir ki, aktrisa “Ritmini Bul” adlı YouTube proqramında bildirib ki, boşanmalarından sonra insanlar müxtəlif ehtimallar irəli sürərək xəyanət olduğunu iddia ediblər.
Mola isə keçmiş həyat yoldaşının həqiqətən yaxşı qəlbli insan olduğunu vurğulayıb:
“Belə şey olar? Mustafa həqiqətən yaxşı qəlbli biridir. Onun haqqını yeyə bilmərəm”.
O əlavə edib ki, insanın yaxşı qəlbli olması münasibəti davam etdirmək üçün kifayət etmir.
Aktrisanın sözlərinə görə, onlar gözəl dostluqlarının bitməməsi üçün evlilikdən imtina etmək qərarına gəliblər.
Qeyd edək ki, Ezgi Mola və Mustafa Aksakallı 2023-cü ildə evlənib, həmin il oğulları dünyaya gəlib. Cütlük 2025-ci ildə iki illik evliliklərini başa çatdırıb. Boşandıqdan sonra da övladları üçün bir araya gəlməyi davam etdirirlər.


