Türkiyədə 120 illik çayxananın sirri açıldı: Çay soyuq su ilə dəmlənir - Video

Türkiyənin Ərzurum şəhərinin Yakutiye rayonunda təxminən 120 illik tarixə malik çayxanada 1971-ci ildən bəri çay soyuq su ilə dəmlənir.

Referans Media haberler.com-a istinadən xəbər verir ki, çayxananın sahibi Öner Temelli bu üsulla çay dəmlənən mıkanən Türkiyədə yeganə olduğunu bildirib.

Xüsusi üsulla hazırlanan çay əvvəlcə soyuq su və çay yarpaqları ilə 15-20 dəqiqə odun üzərində saxlanılır, daha sonra qaynar suyun üzərinə qoyularaq yarım saat dəmlənir. Çay ənənəvi üsulla satırla qırılan qəndlə təqdim olunur.

Çayxana siqaret çəkilməyən mühiti, kitabxanası və 40 ildən artıqdır davam edən şahmat ənənəsi ilə də seçilir.

Məkanın diqqətçəkən xüsusiyyətlərindən biri də tələbələrin çay pulunu burada olan təqaüdçülərin ödəməsidir.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki