Ağır qəza BAŞ VERDİ: ÖLƏN VAR

Qazaxda “KamAz”ı dəmir maneələrə çırpan sürücü ölüb.

Referans Media xəbər verir ki, hadisə rayonun Yuxarı Daşsalahlı kəndində qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü İsmayıl Məmmədov “KamAz” markalı avtomobili idarə edərkən idarəetməni itirib və avtomobil dəmir maneələrə çırpılıb.

Daha sonra sürücü avtomobildən düşüb və hadisə yerində vəfat edib. Əraziyə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb./Qafqazinfo/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki