Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar

Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub.

Referans Media  Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş.

Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib.

Məlumata görə, ailə əslən Laçın rayonunun Güləbird kəndindəndir. Məcburi köçkün kimi Sumqayıt şəhərində məskunlaşıblar.

Qəzaya uğrayan "Lada Priora" markalı avtomobildə olan dörd nəfər Zaqatala rayonundan qayıdırmış. Onlar Şəki rayonunun İnçə kəndi ərazisində qəzaya düşüblər.

Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar
Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki