Akif İslamzadə səhhəti barədə DANIŞDI

Müğənni Akif İslamzadənin səhhəti normallaşır.

Referans Media Qaynarinfo.аz-a istinadla xəbər verir ki, bu barədə sənətçinin özü məlumat verib.

O, artıq xəstəxanadan evə buraxıldığını açıqlayıb:

“Hazırda evimdə olsam da, müalicəm davam edir. Narahat olan dostlara deyirəm ki, hər şey yaxşıdır. Dostlar, tanışlar evdə də məni tək qoymurlar, gəlib baş çəkirlər”.

Akif İslamzadə bütün dostlara təşəkkür edib.

Qeyd edək ki, bir neçə gün öncə müğənni Akif İslamzadənin səhhətində problemlər yaranıb. Həkimlər onun infarkt keçirdiyini vurğulayıb. Sənətçinin ürəyinə stend qoyulub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki