Ali məktəblərdə bayram mükafatları: Kim nə qədər aldı?

8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycanın bir sıra ali təhsil müəssisələrində xanım əməkdaşlara pul mükafatlarının verilməsi barədə qərarlar qəbul edilib. 

Referans Media xəbər verir ki, bu barədə “Azərbaycan Universitetləri” səhifəsi paylaşım edib.

Ən yüksək mükafat məbləği Bakı Ali Neft Məktəbində (BANM) qeydə alınıb. Rektor Elmar Qasımovun müvafiq əmrinə əsasən, ali məktəbin bütün xanım əməkdaşlarının hər birinə 300 manat məbləğində pul mükafatı verilib.

Digər universitetlər üzrə mükafat məbləğləri isə aşağıdakı kimi müəyyən edilib:

UNEC (İqtisad Universiteti): 150 Azərbaycan Texniki Universiteti: 150 Mingəçevir Dövlət Universiteti: 150 Naxçıvan Dövlət Universiteti: 100 ADPU-nun Şəki filialı: 100 Bakı Slavyan Universiteti: 50 manat


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki