backend

Alimlər piy toxumasındakı yağların faydalarını araşdırıblar

Orqanizmdə olan piy toxuması maddələr mübadiləsini, immunitet sistemini, əhval-ruhiyyəni və reproduktiv funksiyaları aktiv şəkildə tənzimləyir.

Referans Media xəbər verir ki, bu barədə “New Scientist” nəşri məlumat yayıb.

Alimlərin sözlərinə görə bədəndəki yağlar beyinə siqnal ötürür, iştahı və enerji səviyyəsini idarə edir, sümük sağlamlığını qoruyur, immunitet funksiyasında rol oynayır:

“Bir neçə növ yağ var: ağ, qəhvəyi, bej və çəhrayı. Ağ yağ enerji yığır və daxili orqanları qoruyur, qəhvəyi yağ kalori yandırır və bədən istiliyinin tənzimlənməsinə kömək edir, bej rəngli yağ qəhvəyi piyə çevrilə bilər, qadınların döşlərindəki çəhrayı yağ isə laktasiya prosesində iştirak edir”.

Nəşrin yaydığı məlumatda bildirilib ki, piy toxuması adipokinlər kimi tanınan çoxsaylı hormonlar və siqnal molekulları ifraz edir,ə yağın içindəki sinir lifləri beyinlə sürətli ikitərəfli əlaqəni təmin edir. İmmuitet hüceyrələri isə iltihab və zərərlər haqqında siqnalların ötürülməsinə kömək edir.

“Bütün yağlar bərabər yaradılmır. Həddindən artıq visseral yağ (dərində yerləşən qarın ətrafı yağ) 2-ci tip diabet, hipertoniya, ürək-damar xəstəlikləri və bəzi xərçəng növlərinin yaranmasında riskini artırır, həmçinin beyin və sümüklərə mənfi təsir göstərir. Sümük iliyində və daxili orqanların ətrafında yağ yığılması iltihabı artıra, sümük itkisini sürətləndirə bilər”, – nəşrin məlumatında qeyd olunub.

Nəşr liposaksiya əməliyyatları üzərində aparılan tədqiqatın nəticələrini də açıqlayıb:

“Bədən yağının normal səviyyəsi sağlamlıq üçün vacibdir. Liposaksiya ilə müəyyən ətraflardan yağların çıxarılması visseral yağın artmasına və metabolik sağlamlığın pisləşməsinə səbəb ola bilər. Bəzi obez insanlar daha az iltihab hüceyrələri və daha səmərəli adipokin funksiyası (zülal və hormon balansı) səbəbindən metabolik olaraq sağlam qalırlar”./Teleqraf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki